"Anadolu" agentliyinin jurnalisti Afrində yaralanıb


Dünya 03 Fev 2018 08:10:00 233 0

"Anadolu" agentliyinin jurnalisti Afrində yaralanıb

Türkiyənin "Anadolu" agentliyinin jurnalisti Suriyada xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Afrində, jurnalistin "Zeytun budağı" əməliyyatına dair reportaj hazırladığı vaxt baş verib.

Belə ki, hadisə yerindən reportaj hazırlayan jurnalist minaatan mərmisinin partlaması nəticəsində əlindən və ayağından xəsarət alıb. O, Türkiyənin cənubundakı xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti sabitdir.