Süni intellektli videokamera hazırlanıb


Digərləri 03 Fev 2018 07:31:00 295 0

Süni intellektli videokamera hazırlanıb

ABŞ-ın "Google" korporasiyası tezliklə süni intellektin köməyi ilə çəkiliş haqda özü qərar qəbul edəcək yığcam "Google Clips" videokamerasını satışa çıxaracaq.

Son.az ICTnews-a istinadən bildirir ki, "Google Clips" - bu, geyimə bərkidilən yığcam kameradır. Belə güman edilir ki, istifadəçi bu kameranı gün ərzində öz üzərində daşıyacaq və ona qurulmuş proqram təminatı qurğuya insanın gündəlik həyatından ən vacib anları müstəqil seçərək yaddaş kartına qeyd etməyə imkan verəcək.   "Google Clips" kamerası həm qısamüddətli səssiz videoçarxlar, həm də fotoşəkillər çəkə biləcək. Qurğu "Bluetooth" texnologiyası ilə təchiz ediləcək və kameranın işləməsi üçün internetə qoşulma lazım deyil. Kamera artıq ABŞ Federal Rabitə Komissiyasında sertifikatlaşdırmadan keçib.