Las-Vegas qatilinə güllə satan şəxs ittiham olundu


Digərləri 03 Fev 2018 06:33:00 311 0

Las-Vegas qatilinə güllə satan şəxs ittiham olundu

2017-ci ilin oktyabr ayında ABŞ-ın Las-Veqas şəhərində qanlı faciə törədən Stiven Peddoka zirehdələn güllə satan silah alverçisinə ittiham təqdim olunub

Bakı. 2017-ci ilin oktyabr ayında ABŞ-ın Las-Veqas şəhərində qanlı faciə törədən Stiven Peddoka zirehdələn güllə satan silah alverçisinə ittiham təqdim olunub. Trend-in məlumatına görə, Arizona ştatının sakini Duglas Xeyq müvafiq lisenziya olmadan silah-sursatın düzəldilməsi və satılmasında şübhəli bilinir. Polis Peddokun istifadə etdiyi güllələrin üzərində onun barmaq izlərini aşkar edib. Qeyd edək ki, oktyabrın 2-də Las-Veqasda musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Peddok insalara "Mandalay Bay Hotel" mehmanxanasının 32-ci mərtəbəsindən atəş açmağa başlayıb. Hadisə nəticəsində 58 nəfər həlak olub, 500-dən artıq insan yaralanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin