"İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda Praqada seminar keçirilib FOTO


Digərləri 03 Fev 2018 00:05:00 324 0

"İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda Praqada seminar keçirilib  FOTO

2 fevral 2018-ci il tarixində Çexiyadakı Ivy Group şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqadakı Nyu York Universitetində "İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu" mövzusunda seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın dünyəvi, multikultural, tolerant və proqressiv adət-ənənələri, milli dəyərləri haqqında məlumatın yerli ictimaiyyətə təqdim edilməsindən ibarət olub.

Son.az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, seminarda Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfyev, bir sıra ölkələrin səfirləri, çex elmi dairələri, ictimaiyyətinin nümayəndələri və yerli tələbələr iştirak edib.

Tədbirdə İvy Group şirkətinin təsisçisi Tamerlan Vahabov, ADA Universitetinin təmsilçisi Şəfəq Mehrəliyeva, Karl Universitetinin nümayəndəsi Zuzana Krixova və Çexiya Elmlər Akademiyasının əməkdaşı Bronislav Ostranski çıxış ediblər. Tədbirə Nyu York Universitetinin professoru Tomaş Klvanya moderatorluq edib. Tamerlan Vahabov öz çıxışında Azərbaycanda tarixən qadınlara bərabər hüquqlu münasibətin olduğunu qeyd edərək, hal-hazırda ölkə rəhbərliyi tərəfindən qadınların ictimai və peşəkar həyatda roluna böyük diqqət yetirildiyini qeyd edib.

ADA Universitetinin təmsilçisi xanım Şəfəq Mehrəliyeva öz çıxışında ilk öncə Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyəti haqqında söz açıb. Natiq, Mehriban xanım Əliyevanın qadınlar üçün nümunəvi rolunu xüsusi qeyd edərək, onun qadın hüquqlarının təmin edilməsində davamlı səyləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.


Xəbərə aid foto