Ötən il banklar kreditləşməni 5 mlrd. manatadək azaldıb


Digərləri 02 Fev 2018 23:48:00 680 0

Ötən il banklar kreditləşməni 5 mlrd. manatadək azaldıb

Bankların müştərilərə verdiyi kreditlərin həcmi ötən il əhəmiyyətli dərəcədə azalıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən ötən ilin dekabr  ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği  11 mlrd. 337,6 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 442,6 mln. manat və ya 3,76% azalma deməkdir.

Ümumiyyətlə 1 il ərzində banklar kreditləşməni 4  mlrd. 600,7 mln. manat və ya 28,87% azaldıb.