"Sənə görə məni işdən çıxartdılar" - Muradın fanatı


Şou-biznes 03 Fev 2018 00:00:00 388 0

"Sənə görə məni işdən çıxartdılar" - Muradın fanatı

Müğənni Murad Boz həmkarı Soner Sarıkabadayı ilə İstinyeparkda kafelərdən birində yemək yeyib.



Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çıxışda Murad jurnalistlərlə üzləşib.

O, "Sosial media heyranlarınız sevgiliniz Aslı Enveri fotoşopla hamilə ediblər. Xeyirli olsun, ata olursunuz" sualına ifaçı "Başqa sualınız varmı" deyərək cavabverməyib.

Boz avtomobilə əyləşmək istəyərkən sevənlərindən biri ona yaxınlaşaraq "Aslı Enveri görmək üçün "İstanbullu gəlin"in çəkilişlərinə gələndə sizi içəri buraxdığım üçün məni işdən qovdular. Kömək edin, xahiş edirəm. İşə ehtiyacım var" deyib.

Murad onun nömrəsini götürərək "Sənə mütləq zəng vuracam, xəbər gözlə" sözlərini dilə gətirib.