ATƏT PAnın sədri BMTdə dondurulmuş münaqişələri müzakirə edib


Dünya 02 Fev 2018 23:36:33 345 0

ATƏT PAnın sədri BMTdə dondurulmuş münaqişələri müzakirə edib

ATƏT Parlament Assambleyasının Gürcüstandan olan sədri Georgi Tsereteli BMT-də bir sıra görüş keçirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının saytında bildirilir.

BMT Baş Assambleyasının sədri Miroslav Layçak, BMT sədrinin Terrora qarşı mübarizə üzrə müavini Vladimir Voronkov, BMT sədrinin siyasi münasibətlər üzrə köməkçisi Miroslav Yença ilə keçirilən görüşlərdə Ukraynadakı böhran, Cənubi Qafqazda həll olunmamış münaqişələr, Mərkəzi Asiya və Cənub Şərqi Avropada baş verənlər, ümumbəşəri problemlər, miqrasiya və terror əsas diqqət mərkəzində olub.