"Ford" 560 mindən çox avtomobili geri çağırır


Digərləri 02 Fev 2018 22:43:00 332 0

"Ford" 560 mindən çox avtomobili geri çağırır

ABŞ-ın avtomobil istehsalçısı "Ford" və Çinin "Changan" şirkətinin birgə müəssisəsində yığılmış 560 mindən çox avtomobil əyləc sistemindəki qüsurlara görə geri çağırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının qərarına əsasən, 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo" modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge" modeli geri çağırılacaq. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.