Səssiz qatil...


Digərləri 02 Fev 2018 22:34:00 318 0

Səssiz qatil...

Mətbəxdə ən çox istifadə etdiyimiz yağlardan biri günəbaxan yağıdır. Ancaq yeni aparılan bir araşdırmada günəbaxan və balıq yağları ilə bağlı qorxunc bir təhlükənin olduğu ortaya çıxıb.

Son.az ailem.az-a istinadən bildirir ki, ispaniyalı elm adamlarının apardığı araşdırma zamanı günəbaxan və balıq yağının qaraciyər iltihabı yaratdığı müəyyənləşib. Araşdırmaçılar bu yağların hər gün istifadə edilməsinin qaraciyəri zədələdiyini və qaraciyər yağlanmasına səbəb olduğunu kəşf edib.

Səssiz qatil...

Qaraciyər yağlanması orqanizmin "səssiz qatili" adandırılır. Günəbaxan yağından istifadə qaraciyər toxumasında qalınlaşma və yaraya səbəb olaraq, sirroz yaradır. Bu da xərçənglə nəticələnir. Balıq yağı isə qaraciyərin telomer uzunluğunu dəyişdirir. Bir sözlə, hər iki yağ fərqli şəkildə qaraciyərin yağlanmasına yol açır.