Rusiya Bankının rəhbəri: "Banklar topladıqları əmanətləri öz səhmdarlarına paylayıblar"


İqtisadiyyat 02 Fev 2018 20:45:35 314 0

Rusiya Bankının rəhbəri: "Banklar topladıqları əmanətləri öz səhmdarlarına paylayıblar"

"Bu tip banklar biznes modellərini dəyişməlidirlər"

"Rusiyada Bank sektorunun konsolidasiyası Fondu tərəfindən sanasiya olunan banklar və iflas edən banklar arasında nəzarət mexanizmimiz üç əsas səbəb aşkarlayıb".

"Report" "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina Rusiya Banklar Assosiasiyası üzvləri ilə görüşündə deyib.

"Birinci səbəb iqtisadi xarakter daşıyır. Bu, banklar tərəfindən kredit riskinin miqyasının, mümkün zərərlərə qarşı ayırmaların azaldılması və girovların dəyərinin yüksəldilməsidir. İkincisi, kapitalın sxem şəklində formalaşdırılmasıdır. Bununla mübarizə aparsaq da, hələ də saxtalaşmış, reallığa uymayan kapital formalaşdırılması halları mövcuddur. Üçüncüsü isə bankların öz səhmdarlarının biznes layihələrini maliyyələşdirmələridir. 1990 və 2000-ci illərin əvvəllərində yaradılan bankların müştərilərdən vəsait toplayaraq öz səhmdarlarının biznes layihələrini maliyyələşdirdiklərini müşahidə edirik. Bu model, sözsüz ki, iflasa gətirib çıxaracaq. Bu tip bankların tez bir zamanda normal biznes modelinə keçməsini tövsiyə edirik", - o qeyd edib.

E.Nabiullina həmçinin bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsas işlərin tamamlandığını bildirib.