Dünyanın ən varlı adamı


Digərləri 02 Fev 2018 20:50:00 328 0

Dünyanın ən varlı adamı

Dünyanın ən zəngin iş adamı, amerikalı Ceff Bezos sahib olduğu Amazon korporasiyası üçün ABŞ-ın Sietl şəhərində "Sferalar" ("The Spheres") adlı yeni ofis kompleksi inşa etdirib.

Son.az ABC-yə istinadən bildirir ki, "The Spheres" daxilində dünyanın hər yerindən gətirilmiş bitki və ağacların olduğu bir neçə sferadan ibarətdir.

İnşası 7 il davam etmiş kompleksə 4 milyard dollar xərclənib.

Kompleks ən böyüyü 27 metr hündürlüyə malik 3 şüşə sfera ətrafındadır.  Sferalarda 800 nəfər üçün iş yeri var.

Bu sferaların daxilində xüsusi mikroiqlim var: temperatur 22 dərəcəni, rütubət isə 60 dərəcəni keçmir.