Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi


Siyasət 02 Fev 2018 20:10:00 348 0

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Son.az bildirir ki, Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.

Qeyd edək ki, bundan öncə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.