Şamaxıda 49 yaşlı kişi döyüldü


Digərləri 02 Fev 2018 20:17:00 262 0

Şamaxıda 49 yaşlı kişi döyüldü

Şamaxı rayonunda 49 yaşlı kişi döyülüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib.

Belə ki, Şamaxı rayonunun Quşçu kənd sakini, 1969-cu il təvəllüdlü Məzahir Seydağa oğlu Hacıyev naməlum şəraitdə döyülüb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.