PSG özünə ehtiyat klub axtarır


İdman 02 Fev 2018 20:09:00 311 0

PSG özünə ehtiyat klub axtarır

2012-ci ildən bəri qətərli iş adamları tərəfindən idarə olunan PSG gənc futbolçuları yetişdirmək üçün klub axtarır. Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, "Malaga" və Fransanın "Orleans" klubları bu baxımdan diqqətdə saxlanılır. PSG futbol akademiyasının direktoru Luis Fernandes hər iki klubun buna hazır olduğunu bildirib. "Malaga" İspaniya Primerasında çıxış edirsə, "Orleans" Fransa 2-ci Liqasında mübarizə aparır.