Azərbaycanın 6 rayonunda 22 modul tipli məktəb quraşdırılacaq


Sosial 02 Fev 2018 19:29:28 344 0

Azərbaycanın 6 rayonunda 22 modul tipli məktəb quraşdırılacaq

Prezident İlham Əliyev bu məqsədlə Təhsil Nazirliyinə 6 milyon 870 min manat ayırıb

Prezident İlham Əliyev fevralın 2-də “Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report"un məlumatına görə, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon 870 min manatı Təhsil Nazirliyinə ayrılıb.