Ölkəyə 181 kombayn, 1700dən çox traktor, gübrəsəpən və daha nələr gətirildi? STATİSTİKA


Digərləri 02 Fev 2018 19:37:00 296 0

Ölkəyə 181 kombayn, 1700dən çox traktor, gübrəsəpən və daha nələr gətirildi?  STATİSTİKA

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il Azərbaycana dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  2017-ci il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 milyon manat çox olmaqla ümumilikdə 269,4 milyon manat dəyərində 2 vahid taxılyığan kombayn, kombayna qoşulan 12 vahid biçici aqreqat (qarğıdalı biçən 8 vahid, günəbaxan biçən 4 vahid), 179 vahid pambıqyığan kombayn satılıb.