Qaradağda Gənclər Günü qeyd edilib


Digərləri 02 Fev 2018 19:38:06 243 0

Qaradağda Gənclər Günü qeyd edilib

Fuad Muradovun yerli gənclərlə görüşü keçirilib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun yerli gənclərlə görüşü keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova iştirak ediblər. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. S.Mikayılov tədbir iştirakçılarını 2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək ölkəmizdə aparılan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin quruculuq işlərində fəal mövqeyindən söhbət açıb. A.Hüseynov elmin müxtəlif sahələrində, ictimai-siyasi həyatda, eləcə də idman sahəsində Azərbaycan gənclərinin qazandıqları uğurlardan danışıb, bu gün Azərbaycanın gələcəyinin gənclərin gücü və potensialı ilə daha inamla qurulduğunu söyləyib.