Azərbaycan məhsulları Moskvada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq


Digərləri 02 Fev 2018 18:48:00 250 0

Azərbaycan məhsulları Moskvada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Fevralın 5-dən 9-dək Rusiyanın paytaxtı Moskvada "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, hər il təqribən 60 min ziyarətçinin qatıldığı sərgidə bu il 65 ölkədən 2000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı gözlənilir.

Sərgidə Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavillionunda meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan "Prodexpo" Sərgisində 25-dən çox şirkətlə təmsil olunacaq.