Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olunacaq


Digərləri 02 Fev 2018 18:29:01 158 0

Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 2-də Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur.

Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer verib, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak edib, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərib.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.