Əli İnsanov əfv ərizəsi yazacaq?


Digərləri 02 Fev 2018 17:52:00 257 0

Əli İnsanov əfv ərizəsi yazacaq?

Novruz Bayramı ərəfəsində növbəti əfv sərəncamının veriləcəyi gözlənilir. Artıq məsələ ilə bağlı Əfv Məsələləri Komissiyasının iclaslarına da start verilib.

Maraqlıdır, illərdir əfv ərizəsi yazmaqdan imtina edən sabiq səhiyyə naziri Əli İnsanov bu dəfə hansı addımı atacaq?

Son.az xəbər verir ki, bu barədə modern.az-a danışan sabiq səhiyyə nazirinin vəkili Toğrul Babayev deyib ki, Əli İnsanov əfv üçün müraciət ərizəsi yazmayıb.

T.Babayev müvəkkililə mütəmadi görüşdüyünü qeyd edib.