"Manchester United" fransalı müdafiəçi ilə maraqlanır


İdman 02 Fev 2018 17:43:00 296 0

"Manchester United" fransalı müdafiəçi ilə maraqlanır

"Manchester United" yayda "Barcelona"nın müdafiəçisi Samuel Umititini transfer etməyə çalışacaq. Goal.az "Don Balon"a istinadən xəbər verir ki, "manikunianlar" onun buraxılış qiyməti kimi göstərilən 60 milyon avronu ödəməkdə çətinlik çəkməyəcək.

Katalon klubu Umititi ilə yeni müqavilə uzatmağa çalışır. Fransalı müdafiəçinin cari müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Onun xidmətlərində "Manchester City" də maraqlıdır.