Bitkoindən rekord! 8 mindən aşağı satılır


Dünya 02 Fev 2018 16:32:00 281 0

Bitkoindən rekord!  8 mindən aşağı satılır

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, artıq bitkoinin son qiyməti hətta 8 min dollardan da aşağı düşüb. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 11,7% və ya 7,996 min dollaradək ucuzlaşıb. Qeyd edək ki, hələ səhər bitkoinin qiyməti 8,69 min dollar təşkil etmişdi.

Alternativ kriptovalyutalar - "Ethereum" 16,6% və ya 956,8 dollaradək, "Ripple" 25,42% (0,85 dollara qədər), "Bitcoin Cash" isə 20% (1,18 min dollaradək) ucuzlaşıb.