SOCAR: TANAP-ın qazla doldurulması başlayıb
Digərləri 02 Fev 2018 15:56:00 208 0
“Cənub qaz dəhlizi” layihəsi planlaşdırıldığı kimi bu ilin yayında işə düşəcək, Transanadolu boru kəmərinin (TANAP) Türkiyədə təbii qazla doldurulması prosesi isə bir neçə gün əvvəl başlayıb
Bakı. Maksim Tsurkov -
“Cənub Qaz Dəhlizi” layihəsi planlaşdırıldığı kimi bu ilin yayında işə düşəcək, Transanadolu boru kəmərinin (TANAP) Türkiyədə təbii qazla doldurulması prosesi isə bir neçə gün əvvəl başlayıb.
Trend-in məlumatına görə, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Vyanada Avropa qaz konfransında çıxışı zamanı deyib.
Mənbə: az.trend.az