Bu müəllim və rəhbər işçilər üçün yeni maaş məbləği müəyyənləşdirildi


Digərləri 02 Fev 2018 15:38:00 282 0

Bu müəllim və rəhbər işçilər üçün yeni maaş məbləği müəyyənləşdirildi

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin müəlimlərinin və rəhbər işçilərinin yeni maaş sxemi təsdiqlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

NK bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin, müəllimlərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərini təsdiq edib.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajdan və təhsil pilləsindən asılı olaraq, 320-450 manat müəyyən edilib.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək.