Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının məbləğini açıqlayıb


İqtisadiyyat 02 Fev 2018 15:17:16 251 0

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının məbləğini açıqlayıb

Bu rəqəm son 1 ildə 24%-dən çox artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il fevralın 1-nə 5 381,2 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 46,6 mln. dollar və yaxud 0,87% çoxdur.

Son 1 ildə isə qurumun valyuta ehtiyatları 1,054 mlrd. dollar və yaxud 24,36% artıb.