BANMda Gənclər Günü təntənəli şəkildə qeyd olundu


Digərləri 02 Fev 2018 15:13:00 220 0

BANMda Gənclər Günü təntənəli şəkildə qeyd olundu

Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-ın professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər.

Son.az xəbər verir ki, tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün tədbir iştirakçılarını salamlayıb. Rektor qeyd edibki, 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib və məhz həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd edilməyə başlanıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyini deyən Elmar Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu diqqətə çatdırıb. Rektorun sözlərinə görə, cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan BANM-ın fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar və müasir standartlara cavab verən gənc mühəndislər yetişdirməkdir. Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edir və məhz elə bu keyfiyyətin nəticəsidir ki, BANM-ın yola saldığı ilk məzunları artıq SOCAR , BP, Halliburton, Maire Tecnimont, Schlumberger, Türkiyədə STAR Neft Emalı Zavodu və s. kimi transmilli şirkətlərdə çalışır.

Çıxışının sonunda Elmar Qasımov bayram münasibətilə bütün gəncləri, o cümlədən BANM-ın tələbələrini təbrik edib, uğurlar arzulayıb.

Tədbirdə, həmçinin Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış ediblər. Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirən natiqlər Ali Məktəbin ölkədə yüksək ixtisaslı mütəxəssis hazırlığına böyük töhfələr verdiyini bildiriblər.


Xəbərə aid fotolar