Yuyucu toz, çay və xama qutularında psixotrop maddə və narkotik aşkarlanıb (FOTO/VİDEO)


Digərləri 02 Fev 2018 15:08:00 191 0

Yuyucu toz, çay və xama qutularında psixotrop maddə və narkotik aşkarlanıb (FOTO/VİDEO)

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gizli yolla ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Samir Əli - Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gizli yolla ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Bilal Hüseyinov saxlanılıb. Vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Bundan sonra adı çəkilən şəxslə sorğu-sual aparılıb. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olub-olmaması barədə suala cavabında, vətəndaş belə predmetlərin olmadığını bildirib. Daha sonra əl yükləri təkrar yoxlanılıb və həmin yüklərə aid sellofan torbadakı 4 ədəd yuyucu toz qutusunun içərisində olan 1 ədəd çay və 3 ədəd xama qutularında, ümumilikdə 9 ədəd bağlamada gömrük nəzarətindən gizlədilən maddələr aşkarlanıb.