Liviya sahilləri yaxınlığında 90 miqrant batıb


Dünya 02 Fev 2018 14:49:45 238 0

Liviya sahilləri yaxınlığında 90 miqrant batıb

İki nəfər sağ qalıb, onları sudan balıqçılar çıxarıblar

Bu gün səhər saatlarında Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində, təqribən 90 miqrant batıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Oliviya Heyden Cenevrədə brifinqdə deyib.

Onun sözlərinə görə, gəmi Liviya sahillərində qəzaya uğrayıb.

BMqT nümayəndəsi bildirib ki, hazırda 10 nəfərin meyiti sahildə aşkarlanıb, onlardan 2-si liviyalı, 8-i pakistanlıdır.

Məlumata görə, 2 nəfər sağ qalıb, onları sudan balıqçılar çıxarıblar.