Rusiya MSK Putinin mətbuat katibinə irad bildirdi
Dünya 02 Fev 2018 14:55:00 272 0
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib.
Son.az APA-ya istinadən verdiyi məlumata görə, E.Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.
"Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi", - deyə o vurğulayıb.
Mənbə: milli.az