Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək


Digərləri 02 Fev 2018 14:41:00 245 0

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

DİM tərəfindən 4 fevral 2018-ci il tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə və şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1307 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.

Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi";