Məktəb tualetində dişlənərək öldürülən şagird cəsədi tapıldı


Dünya 02 Fev 2018 14:43:00 257 0

Məktəb tualetində dişlənərək öldürülən şagird cəsədi tapıldı

Hindistanın ən böyük ikinci şəhəri Delhidəki özəl məktəb tualetində bir şagird dişlənərək öldürülüb.

Son.az Mynet-ə istinadən xəbər verir ki, öldürülən uşağın cəsədi çərşənbə səhəri dərs saatları zamanı 11:00-da məktəb tualetində şagird yoldaşları tərəfindən tapılıb. 

Dərhal hadisə yerinə polislər və təcili yardım briqadası çağırılıb.

Polis 14 yaşlı şagirdin dişlənərək öldürüldüyünü müəyyən edib. Uşağın cəsədi yarılmaq üçün tibbi ekspertizaya göndərilib.