Aydın Əliyev: "Bu, gömrük orqanlarının işini daha çox şəffaf edəcək"


Digərləri 02 Fev 2018 14:47:37 236 0

Aydın Əliyev: "Bu, gömrük orqanlarının işini daha çox şəffaf edəcək"

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) konsaltinq şirkətlərini gömrük proseslərinin monitorinqini keçirməyə dəvət edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DGK-nin sədri Aydın Əliyev ABŞ-ın Azərbaycandakı Ticarət Palatası tərəfindən təşkil olunmuş ziyafət zamanı deyib.

A.Əliyev qeyd edib ki, konsaltinq şirkətləri gömrük orqanlarının fəaliyyətini dəyərləndirmək üçün xüsusi qruplar yarada bilər: "Onlar, həmçinin ticarət dövriyyəsinin daha da yaxşılaşması üçün öz məsləhət və təkliflərini verə bilər. Bu, gömrük orqanlarının işinin daha çox şəffaflığına, eləcə də onun bu təkliflər əsasında daha da təkmilləşməsinə səbəb olacaq".