Avropa ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı artıb


Dünya 02 Fev 2018 14:08:55 227 0

Avropa ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı artıb

2017-ci ildə Avropa ölkələrində sığınacaq axtaran gürcülərin sayı 2016-cı illə müqayisədə 35 faiz çox olub

Avropa İttifaqına üzv ölkələrdə sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı artıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 2017-ci ildə Avropa ölkələrində sığınacaq axtaran gürcülərin sayı 2016-cı illə müqayisədə 35 faiz çox olub.

Sığınacaq Verilməsi məsələləri üzrə Avropa Komissiyasının (EASO) məlumatına görə, keçən il Avropadan sığınacaq istəyən əcnəbilərin sayı 2016-cı illə müqayisədə 43 faiz azalıb. Belə ki, 2016-cı ildə Avropa ölkələrindən sığınacaq istəyənlərin ümumi sayı 1,3 milyon olubsa, 2017-ci ildə bu rəqəm 707 min nəfər təşkil edib.