“Ofisait” və “OYAL” brendi Gəncədə (FOTO)


Digərləri 02 Fev 2018 14:02:00 484 0

“Ofisait” və “OYAL” brendi Gəncədə (FOTO)

Azərbaycanda dəftərxana ləvazimatlarının satışı üzrə tanınmış brendə çevrilən “Ofisait”in bu gün Gəncə şəhərində yeni mağazasının rəsmi açılışı olub.

Bakı. Azərbaycanda dəftərxana ləvazimatlarının satışı üzrə tanınmış brendə çevrilən “Ofisait”in bu gün Gəncə şəhərində yeni mağazasının rəsmi açılışı olub. Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Şah İsmail Xətai pr. 353 ünvanında yerləşən mağaza “Ofisait”in bölgə üzrə sayca 5-ci, ölkə üzrə isə 27-ci mağazasıdır. Müştərilər yeni açılan mağazaya yaxınlaşmaqla “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.