İki il əvvəl Öcalandan ABŞa Afrin təklifi "Amerika istəsə, bizə 6 ayda ordu yaradar"


Dünya 02 Fev 2018 13:52:35 285 0

İki il əvvəl Öcalandan ABŞa Afrin təklifi  "Amerika istəsə, bizə 6 ayda ordu yaradar"

Öcalan əsgərlərinə "Amerika istəsə, bizə 6 ayda ordu qurar" deyərək onları döyüşə ruhlandırıb

PKK lideri Abdullah Öcalan İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ prezidentinin xüsusi nümayəndəsi Brett Makqerka məktublar yazıb, yaradılacaq qondarma dövlətlə bağlı tövsiyələr verib.

Yeni Şafak-ın yazdığına görə, Öcalan, həmçinin əsgərlərinə "Amerika istəsə, bizə 6 ayda ordu yaradar" deyərək onları döyüşə ruhlandırıb.

Amerika Suriyanın şimalında qurmağa çalışdığı terror dövləti planını həyata keçirmək üçün PKK lideri Abdullah Öcalanla birlikdə işləyib. Əldə olunan məlumatlara görə, Öcalan İmralı həbsxanasından 2014-2016-cı illərdə Çetin Arkas, Nasrullah Kuran və Mikail Barut adlı PKK terrorçularının köməyi ilə Brett Makqerka məktublar yazıb. O, məktubda Suriyanın şimalında dövlət qurmaq üçün təkliflər irəli sürüb. Öcalan bildirib ki, Cerablus ilə Azez dəhlizi birləşdirilmək, Afrin məsələsində türk ordusuna mane olmaq lazımdır.