Azərbaycan növbəti Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq (FOTO)


Digərləri 02 Fev 2018 13:46:00 276 0

Azərbaycan növbəti Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq (FOTO)

Azərbaycan Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq.

Bakı. Maksim Tsurkov - Azərbaycan Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq. Bu barədə Trend-ə idman gimnastikası üzrə milli komandanın baş məşqçisi Rza Əliyev deyib. Məşqçi qeyd edib ki, bu turnir 2018-ci ildə idman gimnastlarının ilk yarışı olacaq: “Bakıdan sonra biz Dohada Dünya Kubokunda iştirak edəcəyik. Azərbaycanı kişi idman gimnastikasında Murad Ağarzayev və Timur Bayramov təmsil edəcək”. Onun sözlərinə görə, M.Ağarzayev dörd növdə - fərdi çıxış, dəstəli at üzərində hərəkətlər, dayaqla tullanma və paralel qollarda hərəkətlərdə iştirak edəcək. T.Bayramov isə fərdi çıxış, halqalarla hərəkətlər və paralel qollarda hərəkətlərdə iştirak edəcək.