2014cü ildən itkin düşmüş Salyan sakini axtarılır FOTO


Digərləri 02 Fev 2018 13:33:00 253 0

2014cü ildən itkin düşmüş Salyan sakini axtarılır  FOTO

Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir:  boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov qarayanız sifətli, qara qısa saçlı, gözlərinin rəngi qəhvəyidir. 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.      


Xəbərə aid fotolar