Tanınmış müğənninin həbsə girmə anı VİDEO


Digərləri 02 Fev 2018 13:37:00 277 0

Tanınmış müğənninin həbsə girmə anı  VİDEO

Seren Serengil 3 günlük həbs olunub

"Duymayan kalmasın" verilişinin aparıcı Seren Serengil 3 günlük həbs olunub.

Son.az Türkiyə mətbuatına istinadla bildirir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub.   Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır. Onun yerinə verilişi Demet Akalın aparacaq.

Xatırladaq ki, Seren Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham etmiş və onun əleyhinə qeyri-etik ifadələr səsləndirmişdi.