"Həmkarlarım profisionallardır" Faiq Ağayev pulnan mükafat alanlara səsləndi VİDEO FOTO


Şou-biznes 02 Fev 2018 13:24:00 281 0

"Həmkarlarım profisionallardır"  Faiq Ağayev pulnan mükafat alanlara səsləndi  VİDEO  FOTO

"Mən tək-tük mükafatlara gedirəm. Təbii ki, öyrənirəm nominantlar kimdir, təşkilatçılar kimdir və hansı şərtlərlə keçirilir. Pulnan mükafat alanlar, əslində, heyfsilənməlidirlər. Çünki bu düzgün deyil. Mənim prinsipial adam olduğumu, yəqin, bildikləri üçün də mənə pulla mükafat təklif etməkdə çəkinirlər". Son.az xəbər verir ki, bu sözləri ARB TV-nin "Günə son" verilişinə açıqlaması xalq aristi Faiq Ağayev deyib. Daha sonra xalq artisti pulnan mükafat alan həmkarlarından da danışıb: "İş ondadır ki, mənim həmkarlarım peşəkarlardır və onlar belə mərasimlərə qatılmırlar. Onlar pulnan mükafat alanda məndən məsləhət istəmişdilər, yox?! Hərənin öz ağlı var. Mənə elə gəlir ki, həvəs də müvəqqətidir. O həvəsdən çıxmaq lazımdır". Sənətçi sonda nömrə bir olmaq üçün gənc həmkarlarına məsləhətlər verib: "İddialı olun. Çoxlu mahnı yazdırın. Peşəkarlarla çalışın. Yerli modelyerlərimizə müraciət edin. Çünki imic baxımından bu, çox önəmlidir və dəb hər gün dəyişir. Media ilə düzgün münasibət qursunlar. Sonrası yaxşı olacaq".


Xəbərə aid fotolar