Samuxda oğul atasını döyərək xəstəxanalıq edib


Sosial 02 Fev 2018 12:38:06 251 0

Samuxda oğul atasını döyərək xəstəxanalıq edib

Faktla bağlı araşdırma aparılır

Samux rayonunda oğul atasını döyərək xəstəxanalıq edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkər kəndində baş verib. 

Belə ki, naməlum səbəbdən ata-oğul arasında mübahisə yaranıb. Nəticədə ata oğlu tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.