Qısqanclığa qurban gedən oğlanın FOTOsu


Dünya 02 Fev 2018 12:34:00 379 0

Qısqanclığa qurban gedən oğlanın FOTOsu

Ötən gün Qazaxstanda baş verən qəribə olay barədə məlumat vermişdik.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, hadisənin təfərrüatı bilinib və oğlanın fotosu yayılıb.

Zhanna Nurzhanova (Canna Nurcanova) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib. O, tibbi bıçaqdan istifadə edib. Qadın kişini bədbəxt etməzdən öncə onun qasıq hissəsinə narkoz da vurub. Bu da qadının əvvəldən əməliyyat barədə məlumat topladığı şübhəsini ağıllara gətirib.

Belə ki, adı açıqlanmayan oğlana bacısı qızı şəkli göndərib. Oğlan isə ona qızın baxışlarının gözəl olduğunu söyləyib. Bunu görən C.Nurcanova yuxu dərmanı ilə sevgilisini yatdırıb, kişilik orqanını kəsib.

Gözəllik salonunda işləyən qadın sevgilisinin orqanını kəsdikdən sonra onu xəstəxanaya aparıb. Xəstəxanadan polisə məlumat verilib. Qadın tutulub. O, qısqanclığa görə belə hərəkət etdiyini etiraf edib.


Xəbərə aid fotolar