Hamilə tələbə anasına "iki nəfər zorlayıb" demişdi,


Dünya 02 Fev 2018 12:38:00 297 0

Hamilə tələbə anasına "iki nəfər zorlayıb" demişdi,

Ayşənin anası 3 gün sonra evdən qəribə iy gəldiyini hiss edib və evdə təmizlik edəndə yatağın altında gizlədilən körpə cəsədini tapıb

Bu gün İngiltərədə uşağını doğub, ayaqqabı qutusuna qoyaraq imtahana gedən qızın məhkəməsi keçirilib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, yataq otağında gizlicə doğum edən 19 yaşlı tələbə uşağın ağlamadığını gördükdə onu ayaqqabı qutusuna qoyub, yatağın altında gizlədib, imtahana gedib.

Ayşə Tariq adlı tələbə məhkəmədə hönkürüb. O, ifadəsində ailəsini enli paltarlar geyinərək aldatdığını etiraf edib.

O bildirib ki, uşağı yataq otağında doğub, onun ağlamadığını gördükdə ayaqqabı qutusuna qoyub, yatağın altında gizlədib, sonra da universitetə gedib.


Xəbərə aid fotolar