Mahrez etirazına görə cərimələnəcək


İdman 02 Fev 2018 12:29:00 269 0

Mahrez etirazına görə cərimələnəcək

"Manchester City"yə transferi baş tutmadığı üçün "Leicester"in məşqlərinə çıxmayan Riyad Mahrezi pul cəzası gözləyir.

Goal.az xəbər verir ki, əlcəzairli futbolçu qış transfer pəncərəsində "şəhərlilər"in onun üçün 60 milyonluq təklifini rədd edən "Leicester City"nin son 3 məşqini icazəsiz buraxıb. "Telegraf" nəşri futbolçunun bu hərəkətinə görə klub rəhbərliyi tərəfindən 200 min funt sterlinq cərimələnəcəyini yazıb. Həmçinin, futbolçunun həftə sonu "Swansea City" ilə oyunda heyətə salınmayacağı gözlənilir. 26 yaşlı futbolçunun etirazı sonrası onun yenidən kluba necə qazandırılacağı da maraqla gözlənilir.