Zakir Həsənov Anjey Kaspşiklə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib


Siyasət 02 Fev 2018 12:08:49 282 0

Zakir Həsənov Anjey Kaspşiklə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib

Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

Fevralın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.