Azərbaycan və Türkiyə əməkdaşlığı gücləndirir SƏNƏD imzalandı FOTO


Siyasət 02 Fev 2018 11:46:00 243 0

Azərbaycan və Türkiyə əməkdaşlığı gücləndirir  SƏNƏD imzalandı  FOTO

Azərbaycan və Türkiyə əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı möhkəmləndirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, əmək və sosial müdafiə üzrə Azərbaycan-Türkiyə birgə daimi komissiyasının Bakıda keçirilən 9-cu iclasının yekunu üzrə protokolda nəzərdə tutulur.

Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu imzalayıblar.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar