Xatun Fatimənin acığına onunla birləşdi


Şou-biznes 02 Fev 2018 11:48:00 338 0

Xatun Fatimənin acığına onunla birləşdi

Müğənni Xatun Əliyevanın sosial şəbəkədə paylaşdığı foto müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın keçmiş köməkçisi Aysellə bir araya gəlib.

Aysel bir vaxtlar Fatimə ilə yollarını qalmaqallı şəkildə ayırmışdı. Bu günlərdə isə Xatunla Fatimə arasında dava olub. 

Müğənninin Aysellə şəkil paylaşması da bir çox şübhələr ortaya atıb. Belə ki, sosial şəbəkədə izləyicilər Xatunun bu addımı Fatimənin acığına atdığını yazıb.