Hikmət Hacıyev: "Həmsədrlər Azərbaycana fevralın 6-da gələcəklər"


Siyasət 02 Fev 2018 11:28:01 271 0

Hikmət Hacıyev: "Həmsədrlər Azərbaycana fevralın 6-da gələcəklər"

Fevralın 7-də isə rəsmi görüşlər keçiriləcək

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələr davam etdiriləcək.