Metroda konsert olacaq


Digərləri 02 Fev 2018 11:16:00 253 0

Metroda konsert olacaq

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək. Dahi bəstəkarın əsərləri Bakı metrosunda onun adını daşıyan stansiyada ifa olunacaq.

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Qurumdan Son.az-a verilən məlumata görə, fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.

Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan "Qara Qarayev" stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.


Xəbərə aid fotolar