Həmsədrlər Ermənistana gedəcəklər


Siyasət 02 Fev 2018 10:26:00 253 0

Həmsədrlər Ermənistana gedəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.

Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində