Bakı metrosunda növbəti konsert proqramı olacaq


Digərləri 02 Fev 2018 09:28:23 200 0

Bakı metrosunda növbəti konsert proqramı olacaq

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə “Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.